Kommunistlərin liderindən yeni ittifaq ideyası

Kommunistlərin liderindən yeni ittifaq ideyası

internet
Rusiya kommunistlərin lideri Gennadiy Züqanov MDB, Avrasiya İttifaqından fərqli model təklif edib.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, G.Züqanov Rusiya, Ukrayna, Belarus və Qazaxstan  ittifaqının yaradılması ideyasını təklif edib.
Kommunistlərin lideri hesab edir ki,  bu ölkələr  heç bir ölkənin suverenliyinə, dilinə, mədəniyyətinə  və adət-ənənələrinə ziyan vurmadan ittifaq  yarada bilərdilər. “Mən belə bir ittifaqın yaradılmasının tərəfdarıyam. Belə bir ittifaqın yaradılması  yaxşı olardı və belə bir ittifaq  çox gözəl böyü  potensiala malik olardı”- deyə, G.Züqanov bildirib.
Gununsesi.info

COMMENTS