Komaya düşən DSK sədri vəfat etdi

  • By admin
  • 19 Fevral 2020 21:47

Komada olan 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov vəfat edib.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən məlumatına görə, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ş. İmanov bir neçə il ağır xəstəlikdən əziyyət çəkib. Onun ürəyində və böyrəyində problemlər olub. Böyrəyinin biri isə bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək İmanovu ailəsinə təhvil vermişdi.

Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.

 

Gununsesi.org