Köməkçisi İlhamə Quliyevanın qəbri üstündə ağladı - "HƏR ŞEYİ AÇIQLAYACAM" - VİDEO

  • By admin
  • 02 Aprel 2017 22:27

ilhame komekcisi

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova bütün həqiqətləri açıqlayacağını deyib.

Gununsesi.info xəbər verir ki, ARB TV-də yayımlanan “Elin gözü” proqramında qonaq olan Mehriban Hüseynova İlhamə Quliyevanın ölümünə görə özünü bağışlaya bilmədiyini deyib:

“Bu gündən sonra susmayacam. Artıq haqq-ədalət öz yerini tapmalıdır. Mən hər şeyi açıqlayacam. Bilirsiniz ki, mənim sizə həmişə sadiqliyim olub. İnanmıram ki, sizin ruhunuz məndən incisin. Çünki siz məni gözəl tanıyırdınız. Susa bilmirəm, artıq ürəyim şişib. Hər kəs bunu bilməlidir”.

Müğənninin köməkçisi İlhamə Quliyevanın mirasını onun dayısı olduğu Eldar İsmayılovun idarə etməli olduğunu vurğulayıb:

“Bunu İlhamə Quliyeva ehtibarnamə ilə təsdiq edib”.

Verlişdə iştirak edən hüquqşunas İkram Adullayev Mehriban Hüseynovanın qeyri-səmimi olduğunu və ehtibarnamənin İlhamə Quliyevə dünyasını dəyişdikdən sonra qüvvədən düşdüyünü bildirib.

Gununsesi.info