Kolumbiyada təyyarə qəzası: Ölənlər var

  • By admin
  • 09 Mart 2020 10:13

“IBIS Aircraft” şirkətinə məxsus yüngülmotorlu təyyarə Kolumbiyanın Tolima regionda qəzaya uğrayıb. 

Gununsesi.org “İzvestiya”ya istinadən xəbər verir ki, qəza nəticəsində azı iki nəfər ölüb.

Bununla bağlı Kolumbiya Nəqliyyat Nazirliyinin Xüsusi Aviasiya İdarəsi İdarəsi rəsmi “Twitter” hesabında məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla 13:05-də (Bakı vaxtı ilə 20:05-də – red.) baş verib.

Hava gəmisi Palmiranın Alfons Bonilya Araqon aeroportundan Kali şəhərindəki Quaymaral aeroportuna uçurmuş.

Qeyri-rəsmi məlumatlara görə, qəza nəticəsində dörd nəfər ölüb. Bu məlumat nə təsdiq, nə də təkzib edilib.

Hadisə yerində xilasedicilər və polislər işləyir. Qəzanın səbəbləri məlum deyil.

Gununsesi.org