“Köln” məğlubiyyətdən qurtuldu, “Leyptsiq” və “Auqsburq”dan darmadağın

  • By admin
  • 24 May 2020 21:59

Futbol üzrə Almaniya Bundesliqasında XXVII tura yekun vurulub.

Gununsesi.org-un məlumatına görə, bu gün 3 görüş keçirilib. Qarşılaşmaların ikisi qonaqların qələbəsi ilə yekunlaşıb. “Auqsburq” səfərdə “Şalke”ni 3:0, “Leyptsiq” “Maynts”ı 5:0 hesabı ilə yenib. “Köln” isə “Fortuna” ilə ev oyununda məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb – 2:2.

Əvvəlki oyunların nəticələri:

23 may

“Borussiya” (Mönhenqladbax) – “Bayer” – 1:3

“Volfsburq” – “Borussiya” (Dortmund) – 0:2

“Paderborn” – “Hoffenhaym” – 1:1

“Frayburq” – “Verder” – 0:1

“Bavariya” – “Ayntraxt” – 5:2

22 may

“Herta” – “Union Berlin” – 4:0

 

 

Gununsesi.org