“Köhnə paltarlarımı dostlarıma verirəm” – Ədalət Şükürov

  • By admin
  • 13 May 2020 18:52

Əməkdar artist Ədalət Şükürov “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub. 

Gununsesi.o xəbər verir ki, karantin müddətində vaxtını necə keçirdiyindən danışan sənətçi geyinmədiyi paltarlarını payladığını deyib: “Karantində bağda da, evdə də çoxlu iş gördüm. Dolablarda lazımsız əşyalar, geyimlər var idi. Bir az təmizləmə işləri apardım. Həyat yoldaşım geyinmədiyim paltarlarımı ütüləyir, səliqəli şəkildə yığır. Mən də onları dostlarıma verirəm. Qoy, onlar fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər. Yaxşı adamın paltarını geyinəndə özün də yaxşı olursan”.

Qeyd edək ki, Ə.Şükürov şou-biznesin zəngin məşhurları sırasında öz yerini tutur. Tez-tez sosial şəbəkələrdə bahalı həyat tərzini nümayiş etdirən müğənni məşhur brendlərdən aldığı geyimləri və saatları ilə hər zaman seçilir.

Gununsesi.org