Koçaryandan Azərbaycan xalqını qəzəbləndirəcək açıqlama: “Qarabağ məsələsi həll edilib, artıq qanuniləşdirməliyik”

  • By admin
  • 20 Fevral 2020 14:30

“Xalqımız Qarabağ məsələsini artıq həll edib və bu gün danışıqlar bir məqsəd güdür: bu gün bu torpaq üzərində malik olduğumuzu qanuniləşdirməliyik.

Gununsesiaz.info xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2rd.am saytına verdiyi müsahibəsində deyib.

Bəli, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin Dağlıq Qarabağ Respublikasının Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti yoxdur, ona görə ki, siz heç vaxt müstəqil Azərbaycanın tərkibində Qarabağa malik olmamısınız və qarabağlılarla bir vaxtda müstəqillik əldə etmisiniz. Mən döyüşlərdə iştirak etmişəm və bu gün malik olduğumuz nəticə ilə fəxr edirəm”.

 

Xəbər ednews.net saytında dərc edilib.

Gununsesiaz.info