Köçəryan həbsdən mesaj göndərdi - PAŞİNYANLA BURADAN DA SAVAŞACAM

  • By admin
  • 08 Dekabr 2018 13:31

Ermənistan Apeliyasiya Məhkəməsi mənim həbsim haqqında qərarı hökumətin sərt təzyiqləri altında verib.

Axar.az xəbər verir ki, bu bəyanatı Ermənistanın eks-prezidenti Robert Köçəryan yayıb.

“Onu qeyd etmək kifayətdir ki, məni ittiham edən tərəf məhkəmədə baş prokurorun rəhbərlik etdiyi 6 nəfərlə təmsil olunurdu. Bu isə bizim yeni tariximizdə görülməmiş hadisədir. İşə baxan hakim kobud qanun pozuntuları ilə seçilib, hökumətyönlü mətbuat isə məhkəmənin qərarını gözləmədən mənim həbs qərarımı dərhal dərc edib. Biz dəfələrlə bəyan etmişik ki, baş verənlər şəxsi hesablaşma, mən və mənim ailəmə qarşı əsl vendettadır” – deyə o bildirib.

O, əvvəl-axır azadlığa çıxacağını və onu həbs edənlərin, tezliklə, qanun qarşısında cavab verəcəyini söyləyib. Köçəryan həbsdə də siyasi mübarizəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, Köçəryan dünən həbs edilib.

Gununsesi.org