Kiyevdə Rusiyanın sabiq deputatını öldürən şəxs xəstəxanada keçinib

  • By admin
  • 23 Mart 2017 20:48

58d3d10fc461889b468b46b5

 

Kiyevin mərkəzində Rusiyanın sabiq deputatı Denis Voronenkovu  qətlə yetirən şəxs aldığı güllə yaralarından xəstəxanada keçinib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, deputatın cangüdəni hücum zamanı yaralansa da, cavab atəşi ilə qatili sinəsindən və başından ağır yaralaya bilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hücum edəm şəxsin Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. 1988-ci il təvəllüdlü olan bu şəxsin barəsində saxta sahibkarlıq və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması maddələri üzrə axtarış elan edildiyi bildirilir.

 

 

Gununsesi.info