25 yaşlı qız itkin düşüb- BAKIDA

25 yaşlı qız itkin düşüb

455064

 

Bakı sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Gununsesi.info  Lent.az-a istinadən bildirir ki, 34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunla birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb.

T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info

COMMENTS