“Keşlə” öz meydanında “Səbail”ə məğlub oldu

  • By admin
  • 07 Fevral 2020 23:09

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə, ot örtüyü dəyişdirilmiş “ASK Arena”da “Keşlə” və “Səbail” komandaları qarşılaşıb. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu “Səbail”in yeni transferi Hendrik Ekşteyn vurub. O, 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində xalını 15-ə çatdıran Səbail” 7-ci pilləyə yüksəlib. “Keşlə” isə 26 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçında “Sabah” “Qəbələ”ni yenib – 3:2. Tura fevralın 8-də “Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.

 

Gununsesi.org