“Keşlə” 4 futbolçu ilə yollarını ayırır

  • By admin
  • 11 İyun 2020 14:01

Mövsümün sonunda “Keşlə”ni tərk edəcək futbolçuların sayı məlum olub.

Gununsesi.org xəbər verir ki, klubdan “Report”a verilən məlumata görə, müqaviləsi bitən oyunçulardan 4-ü ilə yollar ayrılacaq.

Bunlardan yarısı legioner, yarısı yerli oyunçudur. Həmin futbolçuların adları açıqlanmayıb.

Qeyd edək ki, “Keşlə”də Stanislav Namaşko, Rəşad Əzizli, Miyusko Boyoviç, Franko Flores, Ruslan Əmircanov, Cabir Əmirli, Azər Salahlı, İlkin Qırtımov, Tərlan Quliyev, Slavik Alxasov, Murad Ağayev, Rəşad Sadiqov, Tural Bayramlı, Sezar Meza Kolli, Orxan Fərəcov, Con Kamara, Əfran İsmayılov, Vüsal İsgəndərli, Aleksandr Kristovao, Lorenso Frutos, Emin Quliyev, Ruslan Qurbanovun müqavilələri iyunun 30-da başa çatacaq. Baş məşqçi Tərlan Əhmədov Namaşko ilə müqaviləni uzadacaqlarını bildirib.

 

 

Gununsesi.org