Kennedinin nəvəsinin meyiti tapıldı, nəticəsinin axtarışları davam edir

  • By admin
  • 07 Aprel 2020 09:47

Bu gecə ABŞ-da Robert Kennedinin nəvəsi Meyv Kennedi Taunsend MakKinin meyiti tapılıb.

Gununsesi.org “Associated Press”ə istinadən xəbər verir ki, dörd gün öncə səkkiz yaşlı oğlu Gideon ilə kanoedə okeana gedən Meyv itkin düşüb.

Qeyd etmək lazımdır ki, qadın və uşağın axtarışında onlarla mütəxəssis iştirak edib.

Meyvin cəsədi okean sahilində tapılıb.

Gununsesi.org