Keçmiş məhkumlardan narkotik götürüldü

  • By admin
  • 13 Mart 2020 15:55

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram qurudlmuş marixuana aşkar edilərək götürülüb.

3-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan 490 qram, 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən isə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürüblər.

Gununsesi.org