Keçmiş icra başçısının evində silah səsi: Özünü güllələdi

  • By admin
  • 16 May 2020 13:02

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.

Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.Gununsesi.org