Kassalardan biletlərin satışı aradan qaldırılacaq

  • By admin
  • 13 Oktyabr 2016 18:20

cavid

Gələcəkdə kassalardan biletlərin satışı aradan qaldırılacaq.

Gununsesi.info  xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O, bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə biletlərin satışını iki üsulla həyata keçirəcək:

“Satışlar onlayn və “ASAN xidmət” vasitəsilə baş tutacaq. Bundan sonra kassaların qarşısında növbədə gözləməyə ehtiyac qalmayacaq”.

Gununsesi.info