Karantin rejiminin sərtləşdirildiyi bölgələrdə KİV-in necə işləyəcəyi müəyyənləşib

  • By admin
  • 25 İyun 2020 19:15

Xüsusi sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda kütləvi informasiya vasitələrinin tam tərkibdə işləməsi nəzərdə tutulub.

Gununsesi.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bəzi iş və xidmət sahələri üzrə işə cəlb olunan  işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

 

Gununsesi.org