Azərbaycanda 10 minə yaxın insan məsuliyyətə cəlb edilərək cəzalandırılıb – “Karantin rejimi” ilə bağlı

  • By admin
  • 09 Aprel 2020 10:22

“Karantin rejimi”ni pozan 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi “karantin rejimi”nin pozulmasına görə, aprelin 8-i saat 00:00-dan 24 saat ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında “xüsusi karantin rejimi”nin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org