Karantin rejimi məhdudlaşdırıcı tədbirləri deputatın şəxsi və xidməti avtomobillərinə aid edilməyəcək

  • By admin
  • 07 Aprel 2020 14:41

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq. 

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Gununsesi.org