Kanadada silahlı insident baş verib, yaralılar var

  • By admin
  • 27 May 2020 10:08

Kanadanın Toronto şəhərinin mərkəzində baş vermiş silahlı insident nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.

Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir qadının vəziyyətinin ağır, ancaq sabit olduğu deyilir. Polis yaralıların kimliyini hələlik açıqlamayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, altı və ya yeddi atəş səsiləri eşidiblər.

 

 

Gununsesi.org