Kanadada silahlı atışma oldu - 2 nəfər öldü, 2 nəfər yaralandı

  • By admin
  • 16 May 2020 20:32

Kanadanın Ontario əyalətində silahlı atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Gununsesi.org-un CBC telekanalına istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Ontario əyalətinin Okvill şəhərində internet xidməti göstərən şirkətin binasının qarşısında baş verib.

Polislər hadisə yerində odlu silahla qətlə yetirilən kişi meyiti və üç nəfər yaralını aşkarlayıblar. Yaralılardan biri xəstəxanada keçinib. Ölən şəxslərin və yaralıların adları açıqlanmır, hadisənin təfərrüatı məlum deyil.

Silahlı atışmanın əvvəlcədən planlaşdırılmış hücum olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org