Kaliforniyada dörd polisi yaralayan şəxs öldürüldü

  • By admin
  • 12 İyun 2020 10:26

ABŞ-ın Kaliforniya ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları Paso-Robles şəhəri ərazisində dörd polisi yaralayan və eyni zamanda bir yerli sakini öldürən şəxsi zərərsizləşdiriblər.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, çərşənbə günü 26 yaşlı Meyson Lira şəhər ərazisində şerifin köməkçisi və yerli sakinə atəş açıb. Yerli sakin aldığı güllə yarasından hadisə yerində keçinib.

Lira hadisə yerindən qaça bilib. Bir gün sonra cinayətkar onun axtarışlarına cəlb edilən daha üç polis əməkdaşını yaralayıb.

Tərəflər arasında baş verən atışmada M. Lira öldürülüb. Yaralanan polislərdən birinin vəziyyəti ağırdır.

 

 

Gununsesi.org