Kafe və restoranlar nə vaxt açılacaq? – TƏBİB sədri açıqladı

  • By admin
  • 09 May 2020 18:09

“Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik”. 

Gununsesi.org bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açılmayacaq. Amma açılsa belə iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”, deyə TƏBİB sədri bildirib.