Kadırov Gürcüstana yol istəyir

  • By admin
  • 13 Noyabr 2019 22:56

Çeçenistan rəhbəri Ramzan Kadırov Gürcüstana birbaşa yolun açılmasını istəyir.

Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, Kadırov İtum-Kali kəndindən Gürcüstana getmək üçün 40-50 dəqiqə vaxt itirildiyini deyib:

“Ancaq Türkiyədən keçməklə Gürcüstana yol açılarsa, bu həm də Avropaya yol deməkdir. Bu isə Şimali Qafqaz üçün çox mühümdür, eləcə də dəmir yolu… Düşünürəm ki, yaxın vaxtlarda biz o yolu açacağıq. Bu o demək deyil ki, bu gün bu məsələ qaldırılır, sabah həll olunacaq. Sadəcə arzulayırıq…”.

 

Gununsesi.org