Jurnalist naziri tənqid etdi – Nazir üzr istədi – Video

  • By admin
  • 17 Mart 2020 16:05

Koronavirus tədbirləri çərçivəsində mətbuat konfransı təşkil edən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ondan şikayət edən bir jurnalistə göstərdiyi reaksiya ilə diqqət çəkib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, konfransda iştirak edən bir qadın jurnalist kifayət qədər mikrofon paylanmadığına işarə edərək “Bundan sonra mikrofon paylaya bilsəniz, bu cür çətinlik çəkmərik” deyə şikayətlənib.

Səhiyyə naziri Fəxrəddin Qoca isə gülümsəyərək “Üzrlü say, qızım” deyib. Nazirin bu reaksiyası sosial media istifadəçilərinin diqqətini çəkib. İstifadəçilər nazirin mülayim və təmkinli münasibətini təqdir ediblər.

 

 

 

 

Gununsesi.org