“Jara”da bir ilk - FOTO/ VİDEO

  • By admin
  • 17 Fevral 2020 10:38

Bakıda keçirilən beynəlxalq “Jara” festivalında ilk dəfə Türkiyədən olan sənətçilər çıxış edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə layihənin instaqram səhifəsində məlumat verilib. Qeyd olunub ki, məşhur rok qrupu olan “Manga” avqustun 1-də səhnəyə çıxacaq.

Xatırladaq ki, sözügedən musiqi festivalı iyulun 29-dan avqustun 2-dək davam edəcək.