İTV-də YAP-a belə sataşdılar - VİDEO

  • By admin
  • 30 May 2020 10:57

Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Seymur Orucov Ağstafa rayon icra hakimiyyətinin başçısı təyin olunmasından sonra sosial şəbəkələrin gündəminə gəlib. 

Gununsesi.org xəbər verir ki, beynəlxalq tədbirlərin birində ingiliscə yazılmış nitqi oxuyan Seymur Orucovun çıxışı bərbad alındığından onu sosial şəbəkə istifadəçiləri lağ obyektinə çevirib. Bu arada isə İTV-də yayımlanan “Dadaş Dadaşlinski”-in verlişində də bu məsələyə toxunulub. Belə ki, həmin verlişdə hakim partiyanın vəzifəyə çəkilən şəxslərinin dil problemi qabardılıb və təklif olunub ki, İTV YAP-çılar üçün xüsusi endirimlə dil kursları təşkil edə bilər.

Həmin video sosial şəbəkələrdə böyük gülüş obyektinə çevrilib.

Gununsesi.org həmin videonu sizlərə təqdim edir :

İctimai TV-dən YAP-a atmaca.

Publicerat av Bakhtiyar Hajiyev Fredag 29 maj 2020

 

 

 

Gununsesi.org