İTV-də ara qarışıb

  • By admin
  • 07 İyun 2016 10:17

ITVV

Xəbər verdiyimiz kimi İTV-də söz-söhbətlər bitmir. Gununsesi.info ötən gün işdən qovulanların siyahısını dərc etmişdi. Daha sonra böyük redaktor Mayis Ağayev işdən qovulması faktını təkzib etdi. Məlum olub ki, könüllü işdənçıxma ərizəsi yazan Mayis Ağayev təkzib açıqlamasını şərti razılaşma ilə AzTV-də işə qaytarılma müqabilində verib.

Mətbuatın manşetlərə daşıdığı xəbərlərlə bağlı 1 gün ötməsinə baxmayaraq, İTV rəhbərliyindən açıqlama verilməyib.

Televiziyadaxili söz-söbətlərdə işçilərdən bəzilərinə vəd verilərək işdə qalacağı və ya yeni işlə əvəz olunacağı bildirilir.

Amma reallıq odur ki, günbəgün söz söhbətlər daha da dərinləşir və səngimək bilmir. Hətta adıçəkilən televiziyada ixtisarların daha da genişlənəcəyi gözlənilir.

 

Gununsesi.info