İtaliyanın şimalına giriş-çıxış məhdudlaşdırıldı

  • By admin
  • 08 Mart 2020 13:50

İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə koronavirusun yayılması fonunda Lombardiya və 14 əyalətə giriş və çıxışın, eləcə də hərəkətin məhdudlaşdırılması ilə bağlı dekret imzalayıb.

Gununsesiaz.info “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə İtaliya hökumətinin rəsmi saytında məlumat verilib.

Dekret Emiliya-Romanya, Marke, Pyemont, Veneto (Venesiya daxil) vilayətlərinə daxil olan əyalətlərə aiddir.

Bu ərazilərə giriş və çıxış yalnız istisna hallarda mümkün olacaq, məsələn, tibbi göstərişlər səbəbindən.

Məhdudiyyətlər, həmçinin müxtəlif müəssisələrin işinə də aid olacaq: muzey, qalereya və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan yerlər bağlanacaq.

 

Gununsesiaz.info