İtaliyada bir gündə koronavirusdan 919 nəfər ölüb

  • By admin
  • 29 Mart 2020 11:46

Mülki Müdafiə Agentliyinin cümə günü bildirdiyinə görə, İtaliyada bir gündə koronavirusdan 919 nəfər ölüb ki, bu, fevralın 21-dən, ölkədə epidemiya meydana gələndən bəri ən yüksək göstərici olub. Beləliklə bu günə qədər ölkədə virusdan ölənlərin sayı 9.134-ə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici martın 21-də idi və həmin gün 793 nəfərin öldüyü bildirilmişdi.

Beləliklə, son 24 saat ərzində koronavirusdan 919, cümə axşamı 712, çərşənbə günü 683, çərşənbə axşamı 743, bazar ertəsi günü isə 602 nəfər ölüb.

İtaliyaya koronavirusa yoluxanların sayı 86.498-ə çatıb. Orada yoluxma hallarının sayı koronavirus epidemiyasının ötən il başladığı Çindəki yoluxma hallarının sayını ötüb.

Birləşmiş Ştatlarda da yoluxma halları hazırda Çindən yüksəkdir.

İtaliyada ilk dəfə yoluxanlardan 10.950-nin tam sağaldığı, 3.322 nəfərin reanimasiyada olduğu bildirilib.

Koronavirusun ən ağır zərbəni vurduğu yer ölkənin şimal bölgəsindəki Lombardeidir. Orada vəziyyətin əvvəlki kimi kritik olaraq qaldığı, 5.402 ölüm, 37.298 yoluxma halının qeydə alındığı bildirilir.

Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq elan edilib. İtaliyadan sonra İspaniya, Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrdə də karantin və fövqəladə vəziyyət elan olunub. Dünyanın qabaqcıl dövlətləri və səhiyyə işçiləri vaksinin tapılması üçün davamlı araşdırmalar aparır. Artıq dünya üzrə 500 000-dən çox insanın Covid-19-a yoluxduğu təsdiqlənib.

 

 

 

Gununsesi.org