İsveçrədə koronavirus aşkarlandı

  • By admin
  • 25 Fevral 2020 21:06

İsveçrədə ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

Gununsesiaz.info RTS ictimai televiziyasına istinadən xəbər verir ki, bu barədə ölkənin Federal İctimai Səhiyyə Ofisi məlumat yayıb.

Hələlik yeganə olan yoluxma halı İtaliya ilə həmsərhəd Tiçino əyalətində baş verib.

Qeyd edək ki, qonşu Avstriya və Xorvatiyada da həmin xəstəliyə yoluxma halları barədə bildirilir.

 

 

Gununsesiaz.info