İstanbuldan naxçıvanlıların kütləvi deportasiyası başlayıb - AZƏRBAYCANLILARA MÜNASİBƏT NİYƏ SƏRTLƏŞDİ?

  • By admin
  • 19 Sentyabr 2019 09:50

 

İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb.

Bu barədə Gununsesi.org-a Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan qardaş ölkədə çalışıb.

Ancaq onlar etiraf edib ki, çalışma izinləri olmasa da  indiyədək toxunan olmayıb: “Bilirdilərki, işləmək üçün icazəmiz yoxdur və göz yumurdular. İndiyə qədər deportasiya etdikləri Türkiyəyə əxlaqsızlıq üçün gələnlər idi. İşləməyə gələnlərə dəymirdilər. Rəis “azərilərə toxunmayın” (Prezident Ərdoğanı nəzərdə tuturlar-red.) dediyi üçün bizə də göz yumurdular.  Ancaq vəziyyət dəyişib. Hamının yerini-yurdunu bilirlər. Gecəylə deportasiya edirlər. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar”. 

“Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq, bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.

Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb.

Gunay Təhməzova

Gununsesi.org