İstanbulda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

  • By admin
  • 16 Dekabr 2016 21:56

damask-1-21

 

İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib.

Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini, 20 yaşlı Burak Yavuz olduğu məlum olub.

Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.

 

 

Gununsesi.info