İstanbulda fabrikdəki yanğın yaxınlıqdakı meşəyə keçib - VİDEO / YENİLƏNİB

  • By admin
  • 18 Sentyabr 2019 19:45

 

İstanbulun Tuzla rayonunda Sabiha Gökçen Hava Limanı yaxınlığında kimya fabrikindəki yanğın zamanı partlayışlar qeydə alınır.

Gununsesi.org-un xəbərinə görə, yanacaqla dolu tankerin partlaması nəticəsində 2 yanğınsöndürən xəsarət alıb. Daha 6 nəfərin tüstüdən zəhərlənib. Bildirilir ki, ərazidə olan bir neçə avtomobil də yanıb.

***

İstanbulun Tuzla rayonunda Sabiha Gökçen Hava Limanı yaxınlığında kimya fabrikindəki yanğının qarşısı nisbətən alınıb.

Gununsesi.org-un xəbərinə görə, 52 texnika və yanğınsöndürənlərin dəstəyi olsa da, kimyəvi maddələrin partlaması nəticəsində yanğın yaxınlıqdakı meşəyə də yayılıb. Eləcə də kimyəvi maddələr yola dağıldığından, fabrik ərazisini ağır kəskin qoxu bürüyüb.

İstanbulun bu gün küləkli olması da yanğının qarşısının tam alınmasına problem yaradır. Təhlükənin yaxınlıqdakı digər sənaye müəssisələrinə keçməməsi üçün tədbirlər görülür.

Yanğının fabrikdəki anbarda toplanan xam maddələrin islidən alovlanması və ya nasaz dəzgahdakı qısaqapanmadan baş verdiyi ehtimal olunur.

***

Türkiyənin İstanbul şəhərində yerləşən fabrikdə yanğın baş verib.

Gununsesi.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.

Fabrikdə olan işçilər təxliyə edilib.

İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Fabrikin yaxınlığında yerləşən bir neçə minik avtomobili, o cümlədən bir yanğınsöndürən maşını da yanıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının baş vermə səbəbi hələlik bilinmir.

 

 

 

 

Gununsesi.org