İstanbul nəhəngi baş məşqçisini qovdu

  • By admin
  • 24 Yanvar 2020 21:07
İstanbulun “Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb. 
Gununsesi.org xəbər verir ki, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.
İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib:
“İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Avcı İstanbul nəhəngi ilə ötən mövsüm müqavilə imzalamışdı.
Gununsesi.org