İstanbul hava limanında qalan azərbaycanlılar İlham Əliyevə müraciət etdi – VİDEO

  • By admin
  • 28 Mart 2020 11:09

Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbələr və vətəndaşlar İstanbul Yeni Hava Limanında qaldıqlarını bildirirlər.

Gununsesi.org xəbər verir ki, onlar ölkəyə qayıtmaları üçün dövlət başçısı İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyiblər.

Qeyd edək ki, ümumi sayları 80 nəfər olan bu tələbələr çox çətin vəziyyətdə qaldıqlarını və ölkəyə qayıtmaları üçün ölkə rəhbərliyindən yardım istəyirlər.

 

İndi çəkib göndəriblər İstanbul Hava Limanında qalan Azərbaycan vətəndaşları. Görən paylaşsın, lütfən.

Publicerat av Aygün Muradxanlı Fredag 27 mars 2020

 

Gununsesi.org