İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi

  • By admin
  • 17 Oktyabr 2019 21:15
Həkimə hücum edərək ülgüclə boğazını kəsən adam həbs edilib. O, deyib ki, həkim ona istədiyi dərmanı yazmadığı üçün belə bir cinayətə əl atıb.
Gununsesi.org xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. Katib Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasında həkim köməkçisi işləyən Kadir Songürü boğazından yaralayan Bayram K. adlı şəxs Karsiyakada bir qadının çantasından oğurluq edərkən tutulub.
Narkotik aludəçisi olan Bayram K. xəstəxanada həkimin ona istədiyi dərmanı yazmadığını, ətrafdakıların isə güldüyünü bildirib. Hadisə zamanı Bayram K. özündə olmadığını bildirsə də, törətdiyi əməldən peşman olduğunu dilə gətirib.
Gununsesi.org