İsraildən ŞOK HÜCUM – 12 İran əsgəri öldürüldü

  • By admin
  • 06 Fevral 2020 13:15

İsrail qırıcı təyyarələri Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib.

Gununsesi.org “Anadolu” agentliyinə istinadla məıumat verir ki, bu iddia Suriya lideri Bəşər Əsəd rejimi tərəfindən ortaya atılıb.

Rejimin xəbər agentliyi SANA-nın məlumatına görə, İsrailə aid döyüş təyyarələri gecə saatlarında paytaxtın 4 istiqamətinə hücum edib. Rejimin hava hücumundan müdafiə sistemləri çox sayda raketin qarşısını almağı bacarıb.

 

 

AFP agentliyi hücum zamanı ən az 12 İran əsgərinin öldüyünü yazıb.

Məsələ ilə bağlı İsrail rəsmilərindən açıqlama gəlməyib.

Qeyd edək ki, İsrail vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən bəri zamanla İran dəstəkli qruplara və rejimə aid hərbi nöqtələrə hücumlar təşkil edir.

Gununsesi.org