İsrail təhlükəsizlik qüvvələri biri polis olan 4 Fələstinlini öldürdü

  • By admin
  • 06 Fevral 2020 19:57
Gununsesi.org xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri biri polis məmuru olan 4 fələstinlini  öldürdü.
İsrail təhlükəsizlik qüvvələri Fələstinli məhbus Əhməd Cemal Kanbanın Jenindəki evinin yıxılması zamanı söküntüyə  etiraz edən qruplara müdaxilə edib.
Hadisələrdə 19 yaşlı Yezen Munzir Abu Tabih öldürülüb, bölgədəki bir keçid məntəqəsində işləyən Fələstin polisi Tarek Badvan isə yaralanıb. Yaralı polis məmuruna edilən həkim  müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Fələstin polisinin güllələnmə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Qərb Sahilindəki digər şəhərlərdə yaşanan hadisələrdə biri  17 yaşlı Məhəmməd əl-Hadad olan iki adamın ölümünə səbəb olub.

 

 

Gununsesi.org