İspaniya koronavirusa yoluxanların sayına görə İtaliyanı geridə qoydu

  • By admin
  • 03 Aprel 2020 16:49

İspaniya koronavirusa yoluxanların sayına görə İtaliyanı keçib.

Gununsesi.org bildirir ki, Worldometers.info-nun məlumatına görə, İspaniyada koronavirusa yoluxanların sayı 117 710 nəfərə çatıb.

Bununla da, ölkə yoluxmaların ümumi sayına görə, İtaliyadan (115 242 nəfər) önə keçib.

Qeyd edək ki, İspaniyada 10 935 nəfər virusdan həyatını itirib.

Gununsesi.org