“İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır” - Ceyms Uorlik

  • By admin
  • 22 Oktyabr 2016 11:48

urolik

“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, işğal olunmuş torpaqları azad olmadan sülh danışıqlarında hər hansı irəliləyişə nail olmaq çətindir: “Bu məqsədlə iki ölkənin – Ermənistan və Azərbaycan prezidentləri görüşməli və Qarabağ məsələlərinin müzakirəsini davam etdirməlidir. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər. Görüşlərdə yalnız işğal olunmuş torpaqları azad olunması deyil, eyni zamanda digər elementlər – Dağlıq Qarabağın statusu, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi daxildir”.

Ceyms Uorlikin sözlərinə görə, bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.

Mürtəza
Gununsesi.info