İrqçiliyin kökündə dayanan səbəblər bəlli oldu

  • By admin
  • 04 Noyabr 2016 09:09

beyin

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Oksford Universitetində professor Robin Morfinin başçılığı ilə nevroloqlar tərəfindən aparılan araşdırmaya görə, insana digərləri haqqında mənfi informasiya verildiyində onların beyinləri buna güclü reaksiya verir. Nəticədə həmin şəxslər barəsində mənfi fikirlər yaranır. Nəticəsi “Journal of Cognitive Science” jurnalında çıxan araşdırma irqlər və dini qruplarla bağlı şablon düşüncələrin yaranma səbəbi kimi həmin mənfi informasiyaları göstərib. Bunun, həmçinin, irqçiliyin kökündə dayanan səbəb ola biləcəyi bildirib. Araşdırma zamanı 22 iştirakçıya təcrübə üçün sosial qruplar təsvir edilib və onların davranışları barədə məlumat verilib. Təsvir olunan qrupun “yaxşı” olduğuna qərar verildiyində beyində hərəkətlilik azalıb. “Pis” olduğu qənaətinə gəlindiyi zaman isə beynin həmin hissəsinin güclü şəkildə hərəkətə keçdiyi müşahidə olunub. Gununsesi.info