İraqda qəzəbli xalq ayağa qalxdı: Korrupsioner məmurların cəzalandırılması tələb edilir

  • By admin
  • 12 May 2020 15:00
İraq parlamenti Mustafa Əl-Kaziminin namizədliyinin baş nazir vəzifəsinə təsdiq etdikdən sonra Bağdad daxil olmaqla bir sıra böyük şəhərlərdə yenidən kütləvi etiraz aksiyaları başlayıb.
Gununsesi.org AZƏRTAC-a istinadla xəbər verir ki, əhali yeni baş nazirdən korrupsiyaya uğramış məmurların cəzalandırılmasını və ölkənin sosial vəziyyətinin yaxşılaşdırılmasını tələb edib. Polis etirazçıların hökumət binalarının qarşısına yürüşününün qarşısını alsa da zor tətbiq etməyib.
Qeyd edək ki, cari ilin fevral və mart aylarında İraqda zorakılıqla müşahidə olunan kütləvi aksiyalar keçirilib. Əhali hökumətdən ilk növbədə ABŞ-ın hərbi hissələrinin ölkədən çıxarılmasını və sosial vəziyyətin yaxşılaşmasını tələb edirdi. Həmin dövrdə polislə qarşıdurmada 100-dən çox insan həlak olmuş, 500-dən çox aksiya iştirakçısı isə həbs edilmişdi.
Yeni baş nazir Mustafa Əl-Kazimi fevral və mart aylarında da həbs edilənlərin azadlığa buraxılması haqqında sərəncam imzalayıb və sosial vəziyyətin yaxşılaşacağı haqqında söz verib.
ABŞ prezidenti Donald Tramp yeni Baş Nazirə zəng vuraraq vəziyyəti müzakirə edib.

 

 

Gununsesi.org