İraq koronavirusa görə 14 günlük komendant saatı tətbiq edə bilər

  • By admin
  • 09 İyul 2020 17:30

İraq koronavirus epidemiyasının üçüncü mərhələsinə qədəm qoyub və bu səbəbdən epidemiya ilə mübarizə üzrə ölkə parlamentindəki böhran qərargahı 14 gün ərzində sutkalıq komendant saatı tətbiq edilməsini ən yaxşı həll yolu hesab edir.

Gununsesi.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə böhran qərargahının rəsmi nümayəndəsi Faleh əz-Ziyadi məlumat verib.

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi iyun ayının ikinci yarısında tədricən koronavirusun pik həddə çatdığını bildirmişdi. İyunun sonlarından bəri gündəlik yoluxma sayı təxminən 2 min olurdu, amma iyulun 8-də bu rəqəm ilk dəfə 3 minə yaxınlaşıb. Ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 67 mini keçib, təqribən 38 min nəfər sağalıb, 2 779 nəfər ölüb.

 

 

Gununsesi.org