İranın Moskvadakı səfirliyinin “Twitter” hesabı qapadıldı

  • By admin
  • 27 May 2020 10:34

İranın Rusiyadakı səfirliyinin “Twitter” hesabı qapadılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, “Twitter” sosial şəbəkəsi heç bir izahat vermədən səfirliyin səhifəsini bağlayıb.

Qeyd edək ki, əvvəllərdə “Twitter” İranın bir sıra rəsmi şəxslərinin və informasiya agentliklərinin hesablarını bağlamışdı.

Gununsesi.org