İranın Gilan əyalətində epidemiyanın ikinci dalğası başlayıb

  • By admin
  • 04 İyun 2020 12:45

İranın Gilan əyalətində koronavirus (COVID-19) epidemiyasının ikinci dalğası başlayıb. 

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bunu əyalətin Tibb Universitetinin rektoru  Ərslan Salari deyib.

Ə. Salari bildirib ki, ötən bir neçə gündə Gilan əyalətində ictimai yerlərdə məsafənin qorunmaması koronavirusa yoluxanların sayının artmasına səbəb olub: “Sayın artması göstərir ki, əyalətdə epidemiyanın ikinci dalğası başlayıb və virusla mübarizənin yeganə yolu gigiyena, sosial məsafə və digər qaydalara əməl etməkdir”.

O, əyalətdə yoluxanların və ölənlərin sayını açıqlamayıb.

 

 

Gununsesi.org