“İrandan gələn çağrışların arxasında Ali dini lider dayanır” -EKSPERT

  • By admin
  • 11 Dekabr 2016 23:26

 

rasad

“İsrail dövlətinin baş naziri Benyamin Netanyahunun məlum səfəri ilə əlaqədar İranın Ali dini liderinin əyalət nümayəndələri Azərbaycan dindarlarını bu rəsmi səfərə qarşı çıxmağa çağırıb. Urmiyənin imam cüməsi, Ali dini liderin rəsmi nümayəndəsi Seyid Mehdi Qüreyşi keçən cümə namazında belə bir çağırış etməklə Azərbaycanın daxili işinə müdaxilə edir”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov Ali dini liderin nümayəndəsinin çağrışına münasibətində söyləyib. Onun sözlərinə görə, bəzi azərbaycanlı dindar gənclərin ruhani olaraq İran tərəfindən idarə olunur: “Ayətullahlar da bu faktdan istifadə edərək ölkə daxilində iğtişaş yaradırlar. Və heç kim deyə bilməz ki, Qüreyşini fikirləri İran dövlətinin fikirləri deyil. Əksinə, İranın hər hansı bir əyalət mollasının cümə namazında etdiyi çağırışlar məhz Ali dini lider və onun əhatəsi tərəfindən möhürləndikdən sonra səslənir. Heç kim dövlətin razılığı olmadan siyasi bir fikir səsləndirə bilməz. Bütün dünyaya məlumdur ki, İsrail ilə Azərbaycanın diplomatik əlaqələri mövcuddur və bu Azərbaycanın siyasi strategiyasının bir parçasıdır. Heç bir dövlətin, xüsusilə Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan Ermənistanla müttəfiq olan, işğalçını dəstəkləyən İranın ölkəmizin digər dövlətlərə saxladığı münasibətə kölgə salmağa ixtiyarı yoxdur”.