İrandan daha bir xəbər: 122 nəfər öldü – KORONAVİRUSDAN

  • By admin
  • 24 Mart 2020 15:54

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barәdә  İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mətbuat xidmətinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 934 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutka ərzində ölkədə 1 762 nəfərin koronavirusa yoluxduğunu və beləliklə yoluxanların sayının 24 811 nəfərə çatdığını deyib.

 Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 8 931 nəfər olub.

Xatırladaq ki, İranda 41 milyondan çox şəxsin koronavirusla əlaqədar testdən keçdiyi bildirib.

Gununsesi.org