İranda yaralıların, Türkiyədə ölənlərin sayı artdı

  • By admin
  • 23 Fevral 2020 17:22

İranda zəlzələdə xəsarət alanların sayı artaraq 75 nəfər olub.

Gununsesiaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Türkiyə ilə sərhəddə baş vemiş zəlzələdə daha əvvəl 25 nəfərin xəsarət aldığı bildirilirdi.

Türkiyədə isə zəlzələ qurbanlarının sayı artaraq 9 nəfər olub. Yaralıların sayı 37 nəfərdir.

Qeyd edək ki, bu gün İran-Türkiyə sərhədində baş vermiş 5,7 bal gücündə zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss edilib.

 

 

Gununsesiaz.info