İranda vitse-prezidentlə iki nazir koronavirusa yoluxdu

  • By admin
  • 11 Mart 2020 22:23

İranın vitse-prezidenti Eshak Cahangiridə, Turizm və mədəni irs naziri Əli Əsgər Munesanda, Ticarət, sənaye və mədən naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb.

Gununsesiaz.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Rza Rəhmani ötən gün karantində saxlanıldığı xəstəxanadan evə buraxılmışdı.

İranda 9 mindən çox insan koronavirusa yoluxub. 354 nəfər isə dünyasını dəyişib.

 

 

Gununsesiaz.info